Cəmiyyət

Xırdalanda kanalizasiya daşdı, məktəbin qarşısı çirkab su ilə doldu - Video

25 Nov 2026, 17:58 2 baxış
Xırdalanda kanalizasiya daşdı, məktəbin qarşısı çirkab su ilə doldu - Video
Xırdalanda məktəbin qarşısındakı yolu kanalizasiya suları basıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

Şikayətə əsasən, Xırdalan şəhərində kanalizasiya xəttində yaranan nasazlıq nəticəsində 3 nömrəli məktəb-liseyin qarşısındakı yol çirkab sular altında qalıb. Nəticədə sakinlərin və avtomobillərin hərəkətində çətinlik yaranıb. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Regional Su Meliorasiya" QSC-dən bildirilib ki, sözügedən əraziyə briqada cəlb edilib: "Abşeron rayonu, Xırdalan şəhəri 3 nömrəli məktəbin həyətində kanalizasiya xəttində yaranmış tutulma ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri hazırda ərazidədirlər və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə başlanılıb. Problemin həlli istiqamətində işlər davam etdirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər