Cəmiyyət
Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət - Araşdırma
Ürək-damar xəstəlikləri həm Azərbaycanda, həm də dünyada insanların həyatını itirməsinin əsas səbəblərindən biri olaraq qalır. Müasir tibbi texnologiyaların inkişafına, yeni müalicə üsullarının tətbiqinə baxmayaraq, hər il milyonlarla insan ürək çatışmazlığından dünyasını dəyişir. Bəs Azərbaycanda vəziyyət necədir? Son illərdə infarktdan ölənlərin sayı həqiqətən artıbmı? Qonşu ölkələrdə və Avropada vəziyyət Azərbaycandan nə ilə fərqlənir? Rəsmi statistik məlumatların araşdırılması maraqlı nəticələr ortaya çıxarır. Belə ki, Azərbaycanda 2025-ci ildə qan dövranı sistemi xəstəliklərindən ölənlərin ümumi sayı artsa da, kəskin miokard infarktından ölüm hallarının sayı azalıb. Azərbaycanda vəziyyət: Bir ildə 33 mindən çox ölüm Dövlət Statistika Komitəsinin 2026-cı ildə nəşr etdiyi "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsinə əsasən, 2025-ci ildə ölkədə bütün səbəblərdən 59 834 nəfər dünyasını dəyişib. Onlardan 33 555 nəfərinin ölümünə qan dövranı sistemi xəstəlikləri səbəb olub.
Başqa sözlə, Azərbaycanda qeydə alınan bütün ölüm hallarının 56.1 faizi qan dövranı sistemi xəstəliklərinin payına düşüb. Bu xəstəliklərdən ötən il gündə orta hesabla 92 nəfər dünyasını dəyişib. 2024-cü ildə isə sözügedən səbəbdən 33 289 nəfər həyatını itirib. Beləliklə, bir il ərzində ölüm hallarının sayı 266 nəfər və ya 0.8 faiz artıb. Son beş ildə Azərbaycanda ürək-damar xəstəliklərindən nə qədər insan ölüb? Dövlət Statistika Komitəsinin illər üzrə açıqladığı məlumatlara nəzər saldıqda məlum olur ki, 2021-ci ildən sonra qan dövranı sistemi xəstəliklərindən ölüm hallarının sayı ciddi şəkildə azalıb. Lakin 2024 və 2025-ci illərdə yenidən artım müşahidə olunub.
Beləliklə, son beş ildə Azərbaycanda qan dövranı sistemi xəstəliklərindən 176 158 nəfər dünyasını dəyişib. 2025-ci ildə ölüm hallarının sayı 2023-cü illə müqayisədə 372 nəfər çox, 2021-ci illə müqayisədə isə 8 153 nəfər az olub. Daha uzun dövrü əhatə edən statistikaya nəzər saldıqda isə məlum olur ki, 2010-cu ildə Azərbaycanda hər 100 min nəfərə qan dövranı sistemi xəstəliklərindən 364.4 ölüm halı düşürdüsə, 2025-ci ildə bu göstərici 327.6 təşkil edib. Azərbaycanda infarktdan ölənlərin sayı artır? Qan dövranı sistemi xəstəliklərindən ölüm hallarının hamısını infarktla əlaqələndirmək düzgün deyil. Bu kateqoriyaya insult, hipertoniya ilə əlaqəli ürək xəstəlikləri və digər xəstəliklər də daxildir. Dövlət Statistika Komitəsinin mətbuata təqdim etdiyi məlumatlara əsasən, Azərbaycanda son beş ildə kəskin miokard infarktından 21 463 nəfər həyatını itirib.
2025-ci ildə kəskin miokard infarktından ölənlərin sayı əvvəlki illə müqayisədə 199 nəfər və ya 4.7 faiz, 2021-ci illə müqayisədə isə 697 nəfər və ya 14.7 faiz azalıb. Bununla belə, ötən il Azərbaycanda gündə orta hesabla 11 nəfər kəskin miokard infarktından dünyasını dəyişib. Ümumilikdə, son beş ildə infarkt və insult Azərbaycanda 54 973 nəfərin ölümünə səbəb olub. Qonşu ölkələrdə vəziyyət necədir? Ölkələr üzrə ölüm hallarını müqayisə edərkən yalnız ölənlərin ümumi sayına nəzər salmaq düzgün olmazdı. Çünki ölkələrin əhalisinin sayı fərqlidir. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2026-cı ildə yayımladığı, 2023-cü ili əhatə edən hər 100 min nəfərə düşən ölüm göstəricilərinə nəzər salmaq daha məqsədəuyğundur. Burada müqayisə ürəyin işemik xəstəlikləri üzrə aparılır. Kəskin miokard infarktı da bu xəstəliklər qrupuna daxildir.
ÜST-nin qiymətləndirmələrinə əsasən, Azərbaycanda əhalinin hər 100 min nəfərinə ürəyin işemik xəstəliklərindən düşən ölüm sayı Türkiyədən təxminən iki dəfə, İrandan 2.2 dəfə, Gürcüstandan isə 29 faiz çoxdur. Rusiya və Ermənistanda isə bu göstərici Azərbaycandan yüksəkdir. Lakin bu rəqəmlər əhalinin yaş strukturuna görə standartlaşdırılmayıb. ÜST, həmçinin Azərbaycan üzrə ölüm səbəblərinin qeydiyyatının keyfiyyəti ilə bağlı məhdudiyyətlərə görə ölkələrarası müqayisələrdə ehtiyatlı olmağın vacibliyini bildirir. Türkiyə və Gürcüstanda ölüm statistikası Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi məlumatlarına əsasən, 2023-cü ildə ölkədə kəskin miokard infarktından 51 682, 2024-cü ildə isə 51 489 nəfər dünyasını dəyişib. 2025-ci ildə isə Türkiyədə ümumilikdə qan dövranı sistemi xəstəliklərindən 170 577 ölüm halı qeydə alınıb. Bu, ölkədəki bütün ölüm hallarının təxminən 34,7 faizini təşkil edib. Gürcüstanda vəziyyət Gürcüstan Milli Statistika İdarəsinin (GeoStat) məlumatlarına əsasən, 2025-ci ildə ölkədə ümumilikdə 44 319 ölüm halı qeydə alınıb. Bütün ölüm hallarının 37.7 faizinə qan dövranı sistemi xəstəlikləri səbəb olub. 2023-cü ildə bu göstərici 40 faiz, 2024-cü ildə isə 41.3 faiz təşkil edib. Azərbaycanla Avropa ölkələri arasında hansı fərqlər var? Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü ilə dair qiymətləndirmələrinə əsasən, Qərbi və Cənubi Avropa ölkələrində ürək xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm sayı Azərbaycandan aşağıdır.
Azərbaycan və Avropa İttifaqı: müqayisə Bu məlumatlara əsasən, Azərbaycanda müvafiq ölüm göstəricisi Fransadan 2.4 dəfə, İspaniyadan 2.2 dəfə, İtaliyadan isə 1.6 dəfə yüksək qiymətləndirilir. Avropanın bütün ölkələrində vəziyyət eyni deyil. Məsələn, Moldovada hər 100 min nəfərə ürəyin işemik xəstəliklərindən 464.7 ölüm halı düşür ki, bu da Azərbaycan göstəricisindən iki dəfədən çoxdur. Azərbaycanda hər iki ölümdən biri, Avropa İttifaqında isə hər üç ölümdən biri Avropa Statistika Bürosunun (Avrostat) 2026-cı il martın 13-də açıqladığı məlumatlara əsasən, 2023-cü ildə Avropa İttifaqında ümumilikdə 4.84 milyon ölüm halı qeydə alınıb. Onlardan 1.59 milyonu, yaxud 32.8 faizi qan dövranı sistemi xəstəliklərinin payına düşüb. Eyni ildə Azərbaycanda qeydə alınan 60 150 ölüm halından 33 183-ü, yaxud 55,2 faizi qan dövranı sistemi xəstəlikləri ilə bağlı olub.
Dünyada ürək-damar xəstəlikləri neçə milyon insanın həyatına son qoyur? Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2022-ci ildə dünyada təxminən 19.8 milyon nəfər ürək-damar xəstəliklərindən dünyasını dəyişib. Bu, bütün ölüm hallarının təxminən 32 faizini təşkil edib.
ÜST-nin 2026-cı ildə açıqladığı yeni qlobal qiymətləndirmələrə əsasən, 2023-cü ildə ürəyin işemik xəstəlikləri dünyada ölümün ən geniş yayılmış səbəbi olub. 2000-ci illə müqayisədə bu xəstəliklərdən ölənlərin sayı üç milyon nəfər artaraq 9.5 milyona çatıb. Dünyadakı bütün ölüm hallarının 16 faizi məhz bu xəstəliklərin payına düşüb. Ürək-damar xəstəliklərinin yaranmasına hansı amillər təsir göstərir? Ümumdünya Səhiyyə Təşkilatı qeyri-sağlam qidalanmanı, fiziki passivliyi, tütün məmulatlarından istifadəni, alkoqolun zərərli istehlakını və hava çirklənməsini ürək-damar xəstəliklərinin əsas risk amilləri arasında göstərir. Yüksək arterial təzyiq, qanda şəkərin və xolesterinin səviyyəsinin yüksəlməsi, artıq çəki və piylənmə də infarkt və insult riskini artırır. Bununla belə, sadalanan amillərdən hansının Azərbaycanda ölüm göstəricilərinə daha çox təsir etdiyini müəyyənləşdirmək üçün ayrıca epidemioloji araşdırmalara ehtiyac var. Rəsmi statistik məlumatlar göstərir ki, ürək-damar xəstəlikləri Azərbaycanda ciddi sağlamlıq problemi olaraq qalır. Ölkədə bütün ölüm hallarının yarıdan çoxunun bu xəstəliklər qrupu ilə əlaqəli olması profilaktika, erkən diaqnostika və müalicə məsələlərinin aktuallığını göstərir. Bununla yanaşı, kəskin miokard infarktından ölüm hallarının son illərdə davamlı şəkildə artması fikri mövcud illik statistika ilə təsdiqlənmir. Əksinə, 2025-ci ildə infarktdan ölənlərin sayı son beş ilin ən aşağı göstəricisinə enib.

Mənbə
oxu.az