Dünya

İspaniya məhkəməsindən Kataloniyanın sabiq rəhbəri barədə qərar

23 Nov 2026, 20:02 1 baxış
İspaniya məhkəməsindən Kataloniyanın sabiq rəhbəri barədə qərar
İspaniyanın Ali Məhkəməsi Kataloniya muxtariyyətinin sabiq hökumət rəhbəri Karles Puçdemon barəsində cinayət təqibinin dayandırıldığını elan edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunur ki, bundan əvvəl İspaniyanın Hesablama Palatası Puçdemon və regional Nazirlər Kabinetinin daha 34 məmuru barəsində amnistiya haqqında qanunun tətbiq olunmasına qərar verib. Ölkənin Ali Məhkəməsi bir müddət əvvəl Puçdemonun həbsinə dair orderi ləğv edərək siyasətçinin ölkəyə qayıtması üçün imkan yaradıb. Bu addım, İspaniya Konstitusiya Məhkəməsinin Kataloniyadakı separatizm prosesində iştirak edənlərin dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayətlərə görə amnistiya imkanını təsdiqləməsindən sonra atılıb. Amnistiya haqqında qanun 2024-cü ilin iyun ayında qüvvəyə minib. Buna baxmayaraq, Ali Məhkəmə Puçdemonun həbsi üçün milli orderi qüvvədə saxlamışdı. Məhkəmə hesab edirdi ki, siyasətçinin ittiham olunduğu dövlət vəsaitlərinin mənimsənilməsi cinayəti amnistiya şamil edilən hallara aid deyil. Xatırladaq ki, Puçdemon 2016-2017-ci illərdə Kataloniya hökumətinə rəhbərlik edib. Onun başçılığı altında 2017-ci il oktyabrın 1-də regionda Madridin əvvəldən qanunsuz adlandırdığı separatçı referendum keçirilib. Qısa müddət sonra siyasətçi İspaniyadan qaçaraq Belçikaya gedib və hazırda orada yaşayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər