İqtisadiyyat
Azərbaycanda qızıl istehsalı kəskin artdı - Qrafik
Bu ilin yanvar-oktyabr aylarında qızıl istehsalı illik müqayisədə 6,6 faiz artaraq 2763,6 kiloqram təşkil edib.
Axar.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, noyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında qızıl üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə artaraq 419,2 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq 3221,3 kiloqram təşkil edib.
Noyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz artaraq 786 kiloqram qeydə alınıb.
Mənbə
axar.az