Cəmiyyət

Elmin Fərəcov yüksək vəzifəyə təyin olundu

23 Nov 2026, 19:18 2 baxış
Elmin Fərəcov yüksək vəzifəyə təyin olundu
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Elmin İsa oğlu Fərəcov nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub. Elmin Fərəcov 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2002-2007-ci illərdə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alıb. 2011-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi-hüquqşünas, 2016-2021-ci illərdə Nazirliyin Məşğulluq və miqrasiya şöbəsinin müdiri, 2021-2023-cü illərdə nazirliyin Məşğulluq və əmək münasibətləri şöbəsinin müdiri vəzifələrində işləyib. Hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Ailəlidir, 4 övladı var. Anar Tağıyev
Mənbə oxu.az

Oxşar Xəbərlər