Digər

Rus ordusu Zaporojyeni yenə vurdu: ölənlər var - Foto

23 Nov 2026, 19:08 2 baxış
Rus ordusu Zaporojyeni yenə vurdu: ölənlər var - Foto

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə hava hücumu həyata keçirməsi nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.


Məlumata görə, hava zərbəsi nəticəsində dördmərtəbəli binada yanğın baş verib. Xilasedicilər alovu söndürüblər.


Qeyd edək ki, noyabrın 2-də Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirilən aviazərbə nəticəsində 72 nəfər həlak olub.

Mənbə axar.az

Oxşar Xəbərlər