İqtisadiyyat

Ələtdə yeni hava limanının açılacağı tarix bilindi

23 Nov 2026, 10:50 6 baxış
Ələtdə yeni hava limanının açılacağı tarix bilindi
"Ələt Azad İqtisadi Zonasında inşa edən hava limanı 2027-ci ilin ortalarında istifadəyə veriləcək". Oxu.Az xəbər verir ki, bu fikirləri Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan - İtaliya Biznes Forumunda deyib. O bildirib ki, "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub: "Bu layihə üçün Araz İqtisadi Zonasının səlahiyyətli qurumu 750 hektar ərazi ayrılıb. Hava limanının tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və artıq gələn il beynəlxalq daşımalara açıq olacaq. İlkin mərhələdə bu hava limanın daşınma qabiliyyəti ildə 500 min ton olacaq və addım-addım bu 2 milyon tona qədər çatdırılacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər