Dünya

İtaliyada 200 minədək insan hikikomori sindromu ilə üzləşib

23 Nov 2026, 17:32 1 baxış
İtaliyada 200 minədək insan hikikomori sindromu ilə üzləşib
İtaliyada 200 minə yaxın şəxsin insanların uzun müddət ərzində iş, təhsil və ünsiyyətdən kənarda qaldığı könüllü sosial izolyasiya vəziyyəti olan hikikomori sindromundan əziyyət çəkdiyi ehtimal olunur. Oxu.Az xəbər verir ki, bu məlumatı "Hikikomori Italia" cəmiyyətinin təsisçisi, psixoloq Marko Krepaldiyə istinadla ANSA yayımlayıb. Asılılıq problemlərinə dair parlamentə verilən illik məruzəyə görə, 2025-ci ildə İtaliyada 50 mindən artıq yuxarı sinif şagirdi altı aydan çox cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayıb. Tələbələrin daha 2.5 faizində isə özünəqapanmanın ilkin simptomları müşahidə edilib. Assosiasiya 2017-ci ildən etibarən yardım üçün 10 mindən çox müraciət qeydə alıb. Bəzi vəziyyətlərdə izolyasiya o dərəcədə ağırlaşır ki, fərdlər hətta öz valideynləri ilə belə ünsiyyəti kəsirlər. Məsələn, gənclərdən birinin illər boyu ailə üzvləri ilə sadəcə otağının qapısı altından ötürdüyü kağız parçaları ilə əlaqə saxladığı bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər