İdman

"Barselona"nın rəsmi saytı Azərbaycandakı fan-klubdan yazdı

23 Nov 2026, 18:00 2 baxış
"Barselona"nın rəsmi saytı Azərbaycandakı fan-klubdan yazdı
"Barselona"nın 474 azarkeşi UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"la keçiriləcək oyunu izləmək üçün Bakıya gələcək. Oxu.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, səfərə gələcək azarkeşlərdən 268-i klub üzvü, 206-sı isə azarkeş birliklərinin təmsilçiləridir. Onlar dünyanın müxtəlif ölkələrindən olan 41 fan-klubu təmsil edirlər. Qonaqları "Barselona"nın Azərbaycandakı rəsmi azarkeş birliyi - "Penya Barcelonista Baku" qarşılayacaq. 2017-ci ildə rəsmi status alan bu fan-klubun 400-dən çox qeydiyyatdan keçmiş üzvü var. Bundan başqa, Bağdad və Təl-Əvivdəki "Barselona" azarkeş birliklərinin hər biri 18 üzvünü Bakıya göndərəcək. Paris və Poznan şəhərlərindəki fan-klublardan da təxminən 10 nəfər komandanı dəstəkləyəcək. Qeyd edək ki, "Barselona" tarixində ilk dəfə rəsmi oyun üçün Azərbaycana səfər edəcək. "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 21:45-də başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər