Hindistanda yeni raket sistemini sınaqdan keçirildi
Hindistanın Racastan ştatındakı Pokhran poliqonunda PUA-lara qarşı mübarizə üçün nəzərdə tutulan JVALA MK-1 mobil mikro-raket sisteminin sınaqları uğurla keçirilib.
Axar.az xəbər verir ki, bu barədə sistemi hazırlayan “İG Defence” şirkəti məlumat yayıb.
“Hindistanda ilk avtonom raket platforması olan bu sistem 5 kilometrədək məsafədə PUA-ları aşkarlamaq, identifikasiya etmək və zərərsizləşdirmək üçün nəzərdə tutulub. Bu məqsədlə JVALA MK-1 döyüş şəraitində avtonom idarəetmə və əməliyyat tapşırıqlarının yerinə yetirilməsi üçün süni intellektə əsaslanan GRİD kompleksindən istifadə edir. Mikro-raket sisteminin tətbiqi Hindistana xarici hava hücumundan müdafiə vasitələrinin satın alınmasından asılılığı azaltmağa və süni intellektdən istifadə etməklə ən müasir silahların, o cümlədən yeni nəsil silah sistemlərinin yerli istehsalını genişləndirməyə imkan verəcək”, - məlumatda deyilib.