İdman

Lamin Yamal Bakıya gəlməyəcək - Qərar

23 Nov 2026, 13:27 4 baxış
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar

Ulduz futbolçu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində "Sabah"la oyun üçün Bakıya gəlməyəcək.


Axar.az xəbər verir ki, bu barədə "Diario Sport" saytı məlumat yayıb.


Bildirilib ki, komandanın baş məşqçisi Hans-Diter Flik ona istirahət verib.


"Yamal istirahət etmək və qarşıdakı görüşlərə tam hazır vəziyyətdə olmaq üçün Barselonada qalacaq. Qərar klubla qarşılıqlı razılaşma əsasında qəbul edilib", - məlumatda qeyd olunub.


Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.​

Mənbə axar.az

Oxşar Xəbərlər