Digər

Putin, Si və Trampın görüşü Avropanın zəifliyini göstərir

19 Nov 2026, 09:00 2 baxış
Putin, Si və Trampın görüşü Avropanın zəifliyini göstərir

Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli görüşü Avropanın beynəlxalq siyasətdəki zəifliyini və acizliyini nümayiş etdirib.


Axar.az xəbər verir ki, bu barədə “Telegrаf” qəzetinin müdafiə və xarici siyasət üzrə redaktoru Kon Koflin bildirib.


Onun sözlərinə görə, böyük diqqətlə izlənilən görüş qlobal gərginliyin azaldılmasına kömək edə biləcək mühüm hadisə kimi qiymətləndirilir. Lakin qlobal sabitliyə nail olmaq imkanları Avropa ölkələri də daxil olmaqla digər güclü dövlətlərin prosesə cəlb edilməsi ilə daha da arta bilərdi.


Koflin qeyd edir ki, həm Si Szinpin, həm də Donald Tramp üçün əsas prioritet uzun müddətdir davam edən ticarət mübahisəsinin həllidir. Bundan əlavə, ABŞ prezidenti ötən il Alyaskada keçirilən uğursuz sammitdən sonra Vladimir Putinlə ilk şəxsi görüşündən Ukraynada atəşkəsə nail olmaq üçün istifadə etməyə ümid edir.


“Eyni zamanda, Si Szinpin və Vladimir Putin, xüsusilə müdafiə sənayesi sahəsində daha sıx hərbi əməkdaşlığı inkişaf etdirməklə ikitərəfli münasibətləri möhkəmləndirməyə çalışırlar.


Bu gün isə avropalılar, demək olar ki, görünmürlər. Onlar danışıqlar masasında yer almaqda belə çətinlik çəkirlər, danışıqların gündəliyini müəyyənləşdirməkdən isə söhbət gedə bilməz", – deyə o vurğulayıb.


Koflin bildirib ki, Avropanın daxili zəifliyi, eləcə də Ukrayna və İran məsələlərində vahid mövqe formalaşdıra bilməməsi onun qlobal proseslərin kənarında qalmasına səbəb olub.

Mənbə axar.az

Oxşar Xəbərlər