İqtisadiyyat

Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq

18 Nov 2026, 17:32 8 baxış
Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiq olunub. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, qurumun direktoru 6 000, direktor müavini, direktor müavini-baş mühəndis 5 000, mərkəz müdiri 4 200, şöbə müdirləri isə 4 000 manat maaş alacaqlar. İnstitutun işçilərinin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına veriləcək.
Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər