Dünya
Puketdə güclü yanğın: 10-dan çox insan həlak oldu
Tailandın Puket əyalətinin Patonq turizm zonasında motosiklet kirayəsi məntəqəsində baş verən güclü yanğın nəticəsində 11 nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yanğın noyabrın 16-sı səhər saatlarında, içərisində motosiklet kirayəsi məntəqəsi yerləşən altımərtəbəli ticarət binasında başlayıb. Alov sürətlə qonşu tikililərə keçib. Hadisə nəticəsində 11 nəfər həlak olub", - deyə bildirilib. Qeyd olunub ki, həlak olanlar arasında xarici turistlər yoxdur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər