Digər

Ukrayna savaşını dayandırmağın yeganə yolu... - Conson

16 Nov 2026, 08:30 2 baxış
Ukrayna savaşını dayandırmağın yeganə yolu... - Conson

Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Qərbin əslində nə istədiyini başa salmaq lazımdır.


Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzv qəbul edilməli olduğu barədə bəyanatına münasibət bildirərkən deyib.


"Makronun Ukraynanın yerinin NATO-nun tam mərkəzində olduğunu bir daha bəyan etməsi çox xoşdur. Bizə məhz belə aydın mövqe lazımdır. Putinin də eşitməli olduğu məhz budur. Bəs Endi Börnemdən, hətta Ağ Evdən belə bir bəyanatı nə vaxt eşidəcəyik?" - o bildirib.


Consonun sözlərinə görə, müharibəni dayandırmağın yeganə yolu Ukraynanın NATO-ya üzv qəbul edilməsidir:


"Biz bunu açıq şəkildə bəyan etməli və həqiqətən də belə düşünməliyik".

Mənbə axar.az

Oxşar Xəbərlər