Kriminal
Azərbaycanlı iş adamı Türkiyədə vəfat etdi
Rusiyada yaşayan iş adamı vəfat edib. Oxu.Az-ın məlumatına görə, əslən Gəncə şəhərindən olan biznesmen, 1960-cı il təvəllüdlü Saləddin Məmmədov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində bizneslə məşğul olub. Onun adıçəkilən şəhərdə onlarla ticarət obyektinin olduğu bildirilir. Saləddin Məmmədov bir neçə il əvvəl ağır xəstəliyə yoluxub. Müalicələrə baxmayaraq, iş adamı noyabrın 14-də Türkiyədəki klinikalardan birində dünyasını dəyişib. İş adamı dünən Gəncə şəhərində dəfn olunub.
Mənbə
oxu.az