Dünya
Rəsmi Pekin Si Cinpin, Putin və Tramp arasında üçtərəfli görüşün keçiriləcəyini təsdiqlədi
Çin Xarici İşlər Nazirliyi Çin sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüşün 19 noyabr, cümə axşamı günü Şençjen şəhərində baş tutacağını təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi qurumun rəsmi saytında dərc olunmuş açıqlamada bildirib: "19 noyabr tarixində Çin sədri Si Cinpin Şençjendə Prezident Vladimir Putin və Prezident Donald Trampla görüş keçirəcək".
Mənbə
oxu.az
Oxşar Xəbərlər