İdman
Bilal Qurbanov dünya çempionatında gümüş medal qazanıb - Foto
Çinin Nankin şəhərində gənclər arasında keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatı və Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdirirlər. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, tamblinq üzrə 17-21 yaş kateqoriyasında Bilal Qurbanov final mərhələsində 27.000 xal toplayaraq gümüş medal qazanıb. Hüseyn Abdullayev isə 25.700 xalla 5-ci yeri tutub. Qeyd edək ki, noyabrın 15-dək davam edəcək yarışlarda batut gimnastikası, tamblinq və ikili mini-batut proqramları üzrə mübarizə gedir. Yarışlara ümumilikdə 40-dan çox ölkə və regiondan 2000-dən artıq idmançı, məşqçi və texniki nümayəndə qatılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az