Siyasət

Dublində enerji və sülh diplomatiyası - Video

12 Nov 2026, 21:42 1 baxış
Dublində enerji və sülh diplomatiyası - Video
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirir. Diqqətçəkən məqamlardan biri isə bu görüşlərin qarşı tərəfin müraciəti əsasında təşkil olunmasıdır. Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, dövlət başçısı Bolqarıstanın Baş naziri Rumen Radev ilə də görüşüb.

Prezident İlham Əliyev əvvəlcə bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı həmkarına bir daha başsağlığı verib. Daha sonra Azərbaycan-Bolqarıstan münasibətləri, strateji tərəfdaşlığın inkişafı və enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Xüsusilə, elektrik enerjisi dəhlizinin yaradılması və bağlantı layihələri diqqət mərkəzində olub. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və regional bağlantıların genişləndirilməsində rolunun daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev həmçinin sammit çərçivəsində "Rəqabətqabiliyyətli Avropanın yaradılması: innovasiya, bağlantılar və əlçatan enerji" mövzusunda keçirilən dəyirmi masada iştirak edib. Müzakirələrdə Avropanın gələcək inkişafı, innovasiyalar, enerji təminatı və nəqliyyat bağlantıları kimi aktual məsələlər ön plana çıxıb. Beləliklə, Dublin sammiti Azərbaycan üçün həm Avropa ilə siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də regional sülh gündəliyinin müzakirəsi baxımından mühüm platformaya çevrilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər