İdman
Materatsi illər sonra Zidanla insidentin pərdəarxasını açdı - Video
İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi 2006-cı il dünya çempionatının finalında Zinəddin Zidanla yaşadığı insidentə yenidən qayıdıb. Oxu.Az xəbər verir ki, o, bu barədə "La Gazzetta dello Sport"a müsahibəsində danışıb. Materatsi İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miquelin vəfatından sonra həmin hadisəni başqa prizmadan dəyərləndirdiyini bildirib. 30 yaşlı hücumçu "Andorra" ilə oyunda rəqib qapıçı Xesus Ovononun müdaxiləsindən sonra ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib: "Xesus de Miquelin ölümü məni Allaha şükür etməyə vadar etdi ki, həmin vaxt mənim başıma ciddi bir hadisə gəlmədi. Həmin qapıçı ilə bağlı oyun epizodunda ehtiyatsızlıqdan ölüm məsələsi gündəmə gəlib. Bəs belə bir hadisə mənim başıma gəlsəydi, necə olardı?" - deyə Materatsi bildirib.
İtaliyalı sabiq futbolçu Zidanla 2010-cu ildə Milanda baş tutan görüşü də xatırlayıb. Onun sözlərinə görə, "Milan" - "Real Madrid" matçından əvvəl hər iki futbolçu eyni hoteldə olub: "Mourinyo ilə sağollaşıb hoteldən çıxırdım. Zidan isə binanın arxa tərəfində avtomobilini park edirdi. Məni görəndə tərəddüd etdi, hətta geri qayıtmaq istədi. Mən ona yaxınlaşaraq əlini sıxdım və dedim: "Burada, yad gözlərdən uzaqda qarşılaşmağımıza sevindim. O isə "Narahat olma, belə şeylər olur, hər şey keçmişdə qalıb" - dedi. Təəssüf ki, sonradan sözlərindən imtina etdi və məni adi azarkeşlə səhv saldığını bildirdi". Qeyd edək ki, 2006-cı il mundialının finalında İtaliya və Fransa milliləri üz-üzə gəlib. Əlavə vaxtda Zidan Materatsinin sinəsinə baş zərbəsi endirdiyinə görə qırmızı vərəqə alıb. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn İtaliya dünya çempionu olub.

Mənbə
oxu.az