Kriminal

Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı

12 Nov 2026, 21:52 1 baxış
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində "Barış Boyun Cinayət Təşkilatı"nın rəhbərlərindən biri kimi müəyyən edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb. Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Demir barəsində ümumilikdə 48 axtarış qərarı çıxarılıb. Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib. Bundan sonra Türkiyə Baş Prokurorluğu Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına sorğu göndərib.
Mənbə oxu.az

Oxşar Xəbərlər