Digər

ABB "DigiLife" onlayn jurnalını təqdim etdi - Video

12 Nov 2026, 16:25 1 baxış
ABB "DigiLife" onlayn jurnalını təqdim etdi - Video
Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir rəqəmsal layihəsini - "DigiLife" onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olmaq imkanı yaradır. "DigiLife"ın əsas özəlliyi müxtəlif peşə və maraq sahələrini təmsil edən insanları vahid platformada oxucu və müəllif kimi bir araya gətirməsidir. "DigiLife" faydalı məlumatlar əldə etmək, eyni zamanda, bilik və təcrübələri bölüşmək, fərqli baxış bucaqları ilə tanış olmaq, yeni ideyalar kəşf etmək, fərqli maraqları paylaşanlarla virtual icma yaratmaq üçün rəqəmsal məkandır. Onlayn jurnalda maliyyə, texnologiya, biznes, karyera, şəxsi inkişaf, həyat tərzi və digər çox sayda istiqamət üzrə müxtəlif kontentlər paylaşılır. Burada oxucular başqalarının fikir və təcrübələrindən yararlana, yazılanları şərh edə, eyni zamanda, öz təcrübələri barədə yazıb paylaşa bilərlər. "DigiLife"ın hər kəs üçün açıq rəqəmsal platforma kimi inkişafı nəzərdə tutulur. Layihənin məqsədi faydalı məzmunu daha geniş auditoriya üçün əlçatan etmək, maarifləndirmək, insanlarda bilik paylaşımına motivasiya yaratmaqdır. ABB "DigiLife" layihəsi ilə rəqəmsal xidmətlərin inkişafına yeni istiqamət əlavə edir, müştərilərin həyat tərzi tərəfdaşı olaraq onların gündəlik həyatına yeni dəyər qatmağı hədəfləyir. Onlayn jurnalla buradan tanış ola, siz də "DigiLife" üçün yaza bilərsiniz. Jurnal haqqında hazırlanmış videonu izləyə bilərsiniz:

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, "937" nömrəli məlumat mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər