Digər

Rus polkovniki öldürən şəxs Moldovaya qaçıb

12 Nov 2026, 15:37 3 baxış
Rus polkovniki öldürən şəxs Moldovaya qaçıb

Rusiya Silahlı Qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı ordusunun polkovnikinin avtomobilinə qoyulan bomba Leninqrad vilayəti ərazisinə Baltikyanı ölkələrin birindən hava şarı vasitəsilə göndərilib.


Axar.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.


Məlumata görə, bomba əldə edildikdən sonra gizlədilib və bir müddət sonra Sankt-Peterburq sakini onu götürüb.


Həmin şəxs bombanı avtomobilə yerləşdirdikdən bir neçə saat sonra İstanbula uçub. Partlayış baş verən zaman isə o, artıq Moldova ərazisində olub.


Rusiya mətbuatı həmin şəxsin kimliyinin məlum olduğunu yazsa da, adını açıqlamayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər