Kriminal

Şəmkirdə ağır qəza: İki nəfər öldü

12 Nov 2026, 01:35 5 baxış
Şəmkirdə ağır qəza: İki nəfər öldü

Şəmkirdə iki nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.


Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində iki nəfər hadisə yerində həyatını itirib, daha bir nəfər xəsarət alıb.


Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Qəza zamanı avtomobildə olan Qılıncbəyli kənd sakinləri, 1995-ci il təvəllüdlü Elgün Abbasov və 1995-ci il təvəllüdlü Eşqin Abbasov vəfat ediblər


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər