Kriminal
Bir evdən iki meyit tapıldı - Təfərrüat
Gəncə şəhərində bir evdən iki nəfərin meyitinin tapılmasının təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib. Araşdırmalar zamanı meyitləri tapılan şəxslərin şəhər sakinləri - 1987-ci il təvəllüdlü Tural Məmmədov və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev olduğu müəyyən edilib. İlkin məlumata görə, onlar mənzildə dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır. Samir Əli Gəncədə evdən iki nəfərin meyiti aşkarlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhərində qeydə alınıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyitləri tapılan şəxslərin kimliyi və ölüm səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə
oxu.az