İdman
U-19 millimiz Monteneqroya böyük hesabla uduzdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizəyə uğursuz başlayıb. Oxu.Az xəbər verir ki, yığmamız ilk turda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Serbiyanın paytaxtı Belqradda keçirilən oyun rəqib komandanın 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını noyabrın 14-də Serbiyaya, noyabrın 17-də isə Farer adalarına qarşı keçirəcək.
Mənbə
oxu.az