İdman
Azərbaycanın U-17 millisi Almaniyaya 7:0 uduzdu
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının 2026/2027 mövsümünün seçmə mərhələsinin I raundunda ilk oyununa çıxıb. Oxu.Az xəbər verir ki, Emin Mustafayevin rəhbərlik etdiyi kollektiv səfərdə Almaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 14-də Şimali İrlandiya seçməsinə qarşı keçirəcək.
Mənbə
oxu.az