Kriminal

23 yaşlı oğlanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı

11 Nov 2026, 11:16 1 baxış
23 yaşlı oğlanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Qubada 23 yaşlı gəncin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Xatırladaq ki, hadisə noyabrın 10-da gecə saat 01:00 radələrində Quba-Tüləkəran avtomobil yolunun Quba rayonu, Gültəpə kəndi ərazisindən keçən hissəsində baş verib. Tüləkəran kənd sakini, 1995-ci təvəllüdlü Nurəli Vidadi oğlu Əlirzayev "Niva" markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Fəqan Habil oğlu Ədilov xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü və digər sərnişin, 2005-ci il təvəllüdlü Nuray Habil oğlu Ədilov xəstəxanaya yerləşdiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər