Dünya
Budanov ona qarşı edilən sui-qəsdin təşkilatçısı ilə eyni masada - Foto
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında keçirilən üçtərəfli danışıqlar zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya nümayəndə heyətinin üzvü Dmitri Minayevlə eyni masa arxasında əyləşib. Ukrayna kəşfiyyatının məlumatına görə, məhz Minayev 2019-cu ildə Budanova qarşı sui-qəsd cəhdinin təşkilatçısı olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransanın "Le Monde" nəşri yazıb.
Məlumata görə, görüş müharibənin sona çatdırılması ilə bağlı iki gün ərzində danışıqların aparıldığı Əbu-Dabidəki beşulduzlu "Emirates Palace Mandarin Oriental" hotelində baş tutub. Dmitri Minayev Rusiya Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatına rəhbərlik edir və Rusiya nümayəndə heyətinin tərkibinə daxil olub. "Le Monde" jurnalistləri Ukrayna rəsmisinin reaksiyasına diqqət yetiriblər: rusiyalı rəqibi ilə görüş zamanı Budanov vəziyyətə istehzalı şəkildə yanaşan insan təəssüratı bağışlayıb.

Mənbə
oxu.az