Cəmiyyət

Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır - Foto

11 Nov 2026, 11:38 1 baxış
Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır - Foto
"Əhalinin aztəminatlı təbəqələrindən olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsi və təhsilin əlçatanlığının artırılması məqsədilə təhsil-tələbə kreditlərinin maliyyələşdirilməsi üçün kifayət qədər böyük - 35 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib.
Deputat bildirib ki, elm xərclərinin 2 milyard 257 milyon 900 min manata çatdırılması və əvvəlki illə müqayisədə 12,4% artırılması, elmi tədqiqatların və tətbiqi elmin inkişafına ayrılan resursların genişləndirilməsinə çox böyük imkanlar yaradır: "Əsas məsələ bu vəsaitlərin istifadəsinin səmərəliləşdirilməsi, elmlə təhsilin inteqrasiyasının gücləndirilməsi və əldə olunan nəticələrin ölkənin iqtisadi inkişafına töhfəsinin artırılmasıdır".
Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır - Foto Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər