Kriminal

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

11 Nov 2026, 09:29 4 baxış
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Bakı Hərbi Məhkəməsinin hökmü isə cəza hissəsində dəyişdirilib. Qəhrəman Məmmədovun cəzası 6 ildən 5 il 6 aya endirilib. Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanında saxlanılarkən çantasında ümumilikdə 10 milyon manat dəyərində 70 kiloqram qızıl külçələr aşkar edilib. Sonradan həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən edilib. Bu əməllərinə görə zabitə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər