Şou biznes

Rusiyalı məşhurlar Ukraynanın hərbi kəşfiyyat məlumat bazasına daxil edildi

11 Nov 2026, 11:20 3 baxış
Rusiyalı məşhurlar Ukraynanın hərbi kəşfiyyat məlumat bazasına daxil edildi
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın bir çox şou-biznes məşhurlarını hərbi kəşfiyyat məlumat bazasına daxil edib. Oxu.Az-ın xəbərinə görə, müvafiq məlumat Ukrayna hərbi kəşfiyyatının portalında dərc edilib. Məlumata görə, rusiyalı kinorejissor Nikita Mixalkov, bəstəkar İqor Krutoy, müğənnilər Dima Bilan və Sergey Lazarev, eləcə də aktyor İvan Oxlobıstin bu məlumat bazasına daxil ediliblər. Qeyd edilir ki, Dima Bilan reyestrdə öz əsl adı (əsl adı Viktor Belan) altında yer alıb. Bildirildiyinə görə, məşhurlara qarşı bu addımın atılmasına səbəb onların Ukraynaya qarşı müəyyən hərəkətləri olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər