Siyasət

Bu ölkə Azərbaycanda səfirlik açır

11 Nov 2026, 11:24 2 baxış
Bu ölkə Azərbaycanda səfirlik açır

Keniya xaricdəki diplomatik nümayəndəliklər şəbəkəsinin mərhələli optimallaşdırılması çərçivəsində Bakıda səfirlik açacaq.


Axar.az xəbər verir ki, bu barədə Keniyanın Xarici İşlər və Diaspor İşləri Nazirliyinin bəyanatında bildirilib.


"Nazirlər Kabinetinin rəhbərliyi altında Keniya müvafiq olaraq Mərkəzi Avropa və Mərkəzi Afrikada öz təmsilçiliyini gücləndirmək üçün Bakıda (Azərbaycan) və Brazzavildə (Konqo) yeni nümayəndəliklər açacaq", - bəyanatda vurğulanıb.


Optimallaşdırmanın birinci mərhələsi çərçivəsində Keniya hökuməti Berndəki (İsveçrə) səfirliyini də bağlamağı planlaşdırır.

Mənbə axar.az

Oxşar Xəbərlər