Dünya

Co Bayden və ailəsi İrlandiyada hücuma məruz qaldı - Foto/Video

11 Nov 2026, 02:32 1 baxış
Co Bayden və ailəsi İrlandiyada hücuma məruz qaldı - Foto/Video
ABŞ-nin sabiq prezidenti Co Baydenin ailəsi ilə birlikdə İrlandiyanın paytaxtı Dublinə səfəri zamanı onların kortejinə süd paketləri və digər əşyalar atılıb. Oxu.Az "The Irish Times" qəzetinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da Dublin Universitetinə səfər zamanı baş verib. Bayden oğlu Hanteri dəstəkləmək üçün təhsil müəssisəsinə gəlib. Hanter Baydenə universitetin ən qədim tələbə cəmiyyətinin "İctimai diskursa görkəmli töhfəyə görə" qızıl medalı təqdim olunub.

Ailə binanı tərk edərkən kortejə doğru süd paketləri və digər əşyalar atılıb. Mühafizəçilər Co Baydeni, həyat yoldaşını və oğlunu çətirlərlə qorumağa məcbur qalıblar. İnsidentlə əlaqədar azı iki nəfər saxlanılıb. Hadisə zamanı aksiya iştirakçılarından birinin üzünə bibər qazı sıxıldığı da bildirilir.
Co Bayden və ailəsi İrlandiyada hücuma məruz qaldı - Foto/Video Co Bayden və ailəsi İrlandiyada hücuma məruz qaldı - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər