Kriminal

Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video

10 Nov 2026, 11:16 10 baxış
Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video
Səbail rayonunda - Dənizkənarı Milli Park ərazisində 1 nəfər dəniz kənarında köməksiz vəziyyətdə qalıb. Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib. Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Mədət Fərhad oğlu Əliyev dalğıclar tərəfindən təxliyə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər