Kriminal

Gəncədə "Chevrolet" qəfil alışıb yandı - Foto

09 Nov 2026, 20:24 8 baxış
Gəncədə "Chevrolet" qəfil alışıb yandı - Foto
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəsi yanıb. Yanğın hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə briqadasının əməkdaşları tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.
{{gallery}} Yusuf Məmmədli
Gəncədə "Chevrolet" qəfil alışıb yandı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər