Maraqlı

Sertab Erener COP31-ə mahnı həsr etdi - Video

09 Nov 2026, 16:22 7 baxış
Sertab Erener COP31-ə mahnı həsr etdi - Video
Antalyada Türkiyənin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün məşhur müğənni Sertab Erener "One home" ("Bir ev") adlı mahnı hazırlayıb. Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən məlumat verir.

COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mahnını öz sosial media hesabında paylaşıb. "Tək bir dünya, tək bir ev, tək bir səma, tək bir ümid, tək bir səs. Toros dağlarının ətəklərindən qlobal iqlim diplomatiyasının zirvəsinə güclü bir nəfəs daşıyırıq. Mahnısı ilə COP31-ə güclü dəstək verən dəyərli sənətçimiz Sertab Erenerə təşəkkür edirəm", - deyə nazir sənətçiyə minnətdarlığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər