Kriminal
Bakıda sürücü huşunu itirdi: Avtobus ağaca çırpıldı - Video
Bakı Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu ağaca çırpılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, 77-JM-499 dövlət nömrə nişanlı 184 saylı marşrut avtobusu idarəetmədən çıxaraq maneəyə çırpılıb. Sərnişinlərin sözlərinə görə, qəzaya səbəb sürücünün anidən huşunu itirməsi olub: "Sürücü normal sürətlə avtobusu idarə edirdi. Səhhətində sanki nəsə problem var idi. Anidən huşunu itirdi. Nəticədə avtobus idarəetmədən çıxaraq ağaca çırpıldı. Xoşbəxtlikdən heç kim xəsarət almadı".
Mənbə
oxu.az