Kriminal

Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı

08 Nov 2026, 23:06 19 baxış
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı

Qaxda TIR mikroavtobusa çırpılıb, sərnişin mikroavtobusu dərəyə aşıb.


Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Ləkit kəndi ərazisində qeydə alınıb.


Hərəkətdə olan TIR tipli yük avtomobili "Mercedes" markalı mikroavtobusa arxadan çırpılıb. Zərbənin təsirindən içərisində sərnişinlərin də olduğu mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.


Qəza nəticəsində ciddi xəsarət alan olmayıb.


Qeyd edək ki, TIR-ın yük yerində digər avtomobillər də olub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər