Kriminal

Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - Video

08 Nov 2026, 22:12 18 baxış
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - Video
Qaxda TIR mikroavtobusa çırpılıb, sərnişin mikroavtobusu dərəyə aşıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ləkit kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan TIR tipli yük avtomobili "Mercedes" markalı mikroavtobusa arxadan çırpılıb. Zərbənin təsirindən içərisində sərnişinlərin də olduğu mikroavtobus yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Qeyd edək ki, yük avtomobilinin yük yerində digər avtomobillər də olub. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə oxu.az

Oxşar Xəbərlər