Kriminal
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi
Sumqayıtda bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. 2009-cu il təvəllüdlü T.Cəbrayılov dəm qazından zəhərlənib. Onun yaşadığı evin hamam otağında zəhərləndiyi bildirilir. O, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə
oxu.az