Kriminal

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

07 Nov 2026, 15:00 18 baxış
Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə mühakimə olunub. Məlum olub ki, Hətəm orta məktəb şagirdidir. O, həmkəndlisi, 16 yaşlı Sultan Bünyadovla sevdiyi qıza görə mübahisə edib və gecə saat 00:20-də küçədə onu bıçaqlayıb. Qarın nahiyəsindən ağır xəsarət alan Sultan xəstəxanaya çatdırılıb və həyatı xilas edilib. Məhkəmənin hökmü ilə Hətəmə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun ilk dəfə cinayət törətməsi, yaşı, xasiyyətnaməsi və digər hallar nəzərə alınaraq cəza 1 il sınaq müddəti tətbiqi ilə şərti sayılıb.
Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Mənbə oxu.az

Oxşar Xəbərlər