Kriminal

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var - Foto

07 Nov 2026, 13:52 15 baxış
Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var - Foto
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Rəşid Şahmərdan oğlu Məmmədov "Mercedes Vito" markalı mikroavtobusa idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb. Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Şərqiyə Mənəf qızı Məmmədova, xəsarət alan isə 1956-cı il təvəllüdlü Şəfiqə Əli qızı Məmmədovadır. Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır.
{{gallery}}
Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var - Foto Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər