Kriminal
Sürücü qəzada xəsarət aldı - Video
Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu gün səhər 07:29-da Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində baş verən qəza zamanı "Xaliq Faiqoğlu" MMC-yə məxsus 99-JX-216 dövlət qeydiyyat nişanlı 77 nömrəli marşrut avtobusu ilə 77-SY-140 dövlət qeydiyyat nişanlı "Toyota Aqua" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı "Isuzu" markalı sərnişin avtobusu ilə "Toyota" markalı avtomobil toqquşub. Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Mənbə
oxu.az