Kriminal

Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi

07 Nov 2026, 03:31 21 baxış
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi
Azərbaycanda kişi şantaj olunub. Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, 38 yaşlı S.Kazımov 44 yaşlı R.Bağırovu videogörüntüləri ilə şantaj edib. Məlumata görə, həmin görüntülərdə R.Bağırovun döyüldüyü əks olunub. S.Kazımov görüntülərlə ona hədə-qorxu gələrək, 8 min manat pul tələb edib. Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələbetmə) maddəsi ilə cinayət işi açılaraq, barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər