Kriminal
Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi
Bakıda məhbusa vintaçanla xəsarət yetirilib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxt ərazisindəki cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Cəzaçəkmə müəssisəsində cəza çəkən 2001-ci il təvəllüdlü Sənan Ağabala oğlu Həsənov qarın boşluğunun küt alətlə deşilməsi diaqnozu ilə xəstəxanaya aparılıb. Araşdırmalarla ona cəzaçəkmə müəssisəsində vintaçanla xəsarət yetirilməsi faktı məlum olub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az