Kriminal

Abşeronda evdə partlayış olub: Xəsarət alanlar var

06 Nov 2026, 09:28 15 baxış
Abşeronda evdə partlayış olub: Xəsarət alanlar var
Abşeron rayonu, Fatmayı kəndində fərdi yaşayış evində partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kvadratmetr olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Abşeronda evdə partlayış olub: Xəsarət alanlar var Abşeronda evdə partlayış olub: Xəsarət alanlar var
Mənbə oxu.az

Oxşar Xəbərlər