Kriminal

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

06 Nov 2026, 08:44 20 baxış
Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi
Bakıda sevgilisinin başını kəsən 61 yaşlı məhbus həbsdə insult keçirib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saatlarında cəzaçəkmə müəssisələrindən birində baş verib. 1965-ci il təvəllüdlü Azər Şirməmməd oğlu Ağayev cəzaçəkmə müəssisəsində qəfil huşunu itirərək yıxılıb. O, təcili müalicə müəssisəsinə çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. Xatırladaq ki, A.Ağayev 2016-cı ildə Bakıda qeyri-rəsmi münasibətdə olduğu, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlhamə Talıbovanı xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər