Kriminal
Azərbaycanda iş adamı toyda qəfil öldü
Kürdəmir rayonunda iş adamı qəfil vəfat edib. Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, rayon sakini, iş adamı kimi tanınan Vüqar Nağıyev toy məclisi zamanı qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Qeyd edək ki, Vüqar Nağıyev rayonda sahibkar kimi tanınıb. İqbal Ziya
Mənbə
oxu.az