Kriminal

Qobustanda kütləvi zəhərlənmə

05 Nov 2026, 23:50 23 baxış
Qobustanda kütləvi zəhərlənmə

Qobustan rayonunda kütləvi zəhərlənmə olub.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, ilkin məlumata əsasən, beş nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına daxil olub.


Onlar rayon sakinləri Miryaqub Bayramov, Zaur İlyasov, Etibar Bağıyev, Səfərxan Baloğlanov və Ağa Ağayevdir.


Zəhərlənənlər Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Onların göbələkdən zəhərləndiyi bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər